24 sentyabr 2024 at 10:37
Jurnalist kodu: 5564
Xəbər kodu: 85605833
T T
0 Persons

Prezident: Biz münaqişənin bütün regionda yayılmasından narahatıq

24 sentyabr 2024 at 10:37
Xəbər kodu: 85605833
Prezident: Biz münaqişənin bütün regionda yayılmasından narahatıq

Nyu-York - İRNA - Prezident deyib: İran şəhid Haniyənin terror edilməsi qarşısında gərginliyin artmasının qarşısını almaq üçün səbirli olduğu halda, Qəzzədə ən azı 41 min insanı şəhid etdikdən sonra sionistlər indi Livana hücum edib və çox sayda livanlını şəhid ediblər və biz münaqişənin bütün regionda yayılmasından çox ciddi şəkildə narahatıq. 

Doktor Məsud Pezeşkiyan Nyu-Yorka səfərinin davamında Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Antonio Quterreşlə görüşüb. O, Təbəs mədənində baş verən partlayış nəticəsində ölkəmizdə bir sıra mədənçilərin həlak olması ilə bağlı Antonio Quterreşin başsağlığı verəsini yüksək qiymətləndirərək, bu acı hadisəni İran İslam Respublikasına qarşı amansız sanksiyaların və avadanlıqların ölkəmizə daxil olmasına qoyulan qadağanın təsirlərindən biri kimi qiymətləndirib. 

Prezident davamında prezident seçkilərində mənim şüarımının "daxildə vəhdət və dünya ilə qarşılıqlı əlaqə" olduğunu bildirib və deyib: Sionist rejim İran İslam Respublikasının rəsmi qonağı olan Şəhid Həniyəni rəsmi səfər günündə terror edib. Gərginlik və qarşıdurmaların artmasının qarşısını almaq üçün səbirli olduğumuz halda, Qəzzədə ən azı 41 min insanı şəhid etdikdən sonra sionistlər hazırda Livana hücum edərək, çox sayda livanlını şəhid ediblər və biz münaqişənin bütün regionda yayılmasından çox ciddi şəkildə narahatıq. 

Antonio Quterreş də bu görüşdə İran xalqının etimadını qazandığı üçün Pezeşkiyanı təbrik edib və ölkəmizdə bir sıra mədənçilərin həyatını itirməsi hadisəsində İran xalqının dərdinə şərik olduğunu ifadə edib və ümidvar olduğunu bildirib ki, İslam Respublikası İran on dördüncü hökumət dövründə inkişaf yolundadır, Yaxın Şərq bölgəsi də sülh, əmin-amanlıq və asayişin şahidi olacaq.

0 Persons

Sizin rəyiniz

You are replying to: .